Bakının Yasamal rayonunda minik avtomobili yanıb. Bu haqda bu gün, 11 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
“Opel” markalı avtomobilin idarəetmə lövhəsi yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.