Bakının Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yol qəzası baş verib. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az xəbər verir.
Hadisə “Caspian Plaza”nın yaxınlığında qeydə alınıb. “BMW” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi piyada səkisinə çıxaraq “Cafe Botanist”ə çarpılıb. Qəza nəticəsində avtomobilə və ətraf infrastruktura ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.