Bakının Yasamal rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Hadisə Şərifzadə küçəsində qeydə alınıb. “Nissan” markalı nəqliyyat vasitəsi avtomobil yolunu keçən piyadanı vurub. Nəticədə sonuncu yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.