Bakının Yasamal rayonunda avtomobil oğurlanıb. Bu haqda bu gün, 23 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, iyulun 22-də avtosalonların birindən üzərində dövlət qeydiyyat nişanları olmayan “Chevrolet” markalı avtomobil qaçırılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən E.Həsənov avtomobillə birgə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.