Paytaxtın Yasamal rayonunda usta iş başında dünyasını dəyişib. Bu haqda bu gün, 28 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
55 yaşlı Əli Əliyev mənzildə tikinti işi ilə məşğul olan zaman kərpiclə hörülmüş divar onun üzərinə aşıb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma başlanılıb.