Yasamal rayonunda quldurluq hadisəsi baş verib. Bu haqda bu gün, 21 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
İyulun 21-də M.Xiyabani küçəsində yerləşən marketlərin birində işçini kəsici alətlə hədələyərək oradan ətriyyat məhsulları oğurlanıb. Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən Bakı şəhər sakinləri R.Əzimzadə, əvvəllər məhkum olunmuşlar Anar İmamquliyev və İlkin Mehrabov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.