Bakıda oğru saxlanılıb. Bu haqda 7 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Yasamal rayonunda sentyabrın 20-də Bakı şəhər sakini E.Əzizzadənin 1000 manatı soyğunçuluq yolu ilə talanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.