Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Məmməd Əzizov saxlanılıb.
O, ofislərin birindən 1050 manat dəyərində geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.