Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib. Bu barədə bu gün, 5 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, avqustun 4-nə keçən gecə rayon ərazisində mopedin üzərindən çanta, kaska və vizit kartları oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən A.Fəttahov saxlanılıb.
Hazırda araşdırma aparılır.