Paytaxt rayonlarının birində mağazadan oğurluq edilib. Bu haqda bu gün 28 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
İyulun 27-də Yasamal rayonunda mağazaların birində qadının mobil telefonu oğurlanıb. Yasamal RPİ 26-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Zahid Cəbrayılov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.