Bakının Yasamal rayonunda restoranda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 29 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Yanğın nəticəsində obyektin xaricində quraşdırılmış kompressor yanıb. Hadisə zamanı ictimai iaşə obyektinin 3 əməkdaşı tüstüdən zəhərlənib.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Digər kompressorlar və restoran yanğından mühafizə olunub. Yanğın söndürülüb.