Yasamal rayonunda bir nəfərdən silah tapılıb. Bu haqda bu gün, 27 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Allahverdiyev saxlanılıb. Onun üzərindən nömrəsi silinmiş 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron və 5 ədəd patron darağı tapılıb.
Faktla bağlı araşdırmaya başlanılıb.