Bakının Yasamal rayonunun Əbdülrəhim bəy Haqverdiyev küçəsindəki yaşayış binasında yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 24 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Alışma yeni tikilinin 4-cü mərtəbəsində qeydə alınıb. Əraziyə 5 yanğınsöndürmə maşını və canlı qüvvə cəlb olunub. Binanın sakinləri təxliyə ediliblər. Yanğın söndürülüb.
Yanğının səbəbləri araşdırılır.
[caption id="attachment_144563" align="alignnone" width="640"]
Foto APA[/caption]