Bakının Yasamal rayonunda yaşlı kişi itkin düşüb. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
Adıçəkilən rayonun sakini, 69 yaşlı Hacıəli Abbasov yaşadığı evdən çıxaraq qayıtmayıb.
Hadisə ilə bağlı həmin şəxsin yaxınları polisə müraciət ediblər. Faktla bağlı araşdırma aparılır.