Yasamal rayonunda yanğın baş verib. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə Balababa Məcidov küçəsindəki fərdi evdə qeydə alınıb. Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Alovun genişlənməsinə imkan verilmədən yanğın söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.