Yasamal rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 27 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma “Renault” markalı minik avtomobilində başlayıb. Nəticədə nəqliyyat vasitəsi tamamilə kül olub. Ətrafdakı digər maşınlara ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.