Yasamal rayonunda silsilə oğurluqlar qeydə alınıb. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Rüfət Rüstəmli rayon ərazisində yerləşən mağazaların birindən 2000 AZN dəyərində quru meyvə, eləcə də bərbərxanadan 900 AZN dəyərində bərbər alətləri və “Mercedes” markalı bir avtomobildən maqnitofon və geyim əşyaları oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırmaya başlanılıb.