Bakının Yasamal rayonunda yeniyetmə qız itkin düşüb. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
16 yaşlı Ləman Pərvanə yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Hadisə ilə bağlı polisə müraciət olunub, axtarışlar aparılır.