Yasamal rayonunda mənzil yanıb. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Alışma çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 70 kv.m olan 2 otaqlı mənzilin eyvanı 3 kv.m sahədə, eləcə də ev əşyaları və qapı yanıb. Mənzilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.