Yasamal rayonunda narkotik alverinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 12 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı 5 nəfər Bakı şəhər sakini – Loğman Mirzəzadə, Elbrus Hüseynov, Ələkbər Adıgözəlov, İlahə Hüseynova və Rövşən Vəliyev tutulublar. Onlarda ümumilikdə 20 kiloqram marixuana, 3 kiloqram heroin və metamfetamin aşkar edilib.
Son 15 gün ərzində adıçəkilən rayon ərazisində ümumilikdə 51 nəfər tutulub, 33 kiloqram narkotik dövriyyədən çıxarılıb.