Bakının Yasamal rayonunda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 25 nəfər saxlanılıb. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyatlar zamanı narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, saxlanması, daşınması, göndərilməsi və ya satışı ilə məşğul olan 25 nəfər saxlanılıb. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər.
Həmin şəxslərdən külli miqdarda narkotik vasitə heroin, marixuana və metamfetamin aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.