Bakının Yasamal rayonunda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 5 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Bakı Şəhər Baş Polis İdarəsi və Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Şəmsi Məmmədov saxlanılıb.
O, müxtəlif vaxtlarda rayon ərazisində 3 nəfərin ümumilikdə 1400 manat və 200 ABŞ dolları pul, sənəd və bank kartı olan pulqabılarını, eləcə də 3 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinir.