Yasamal rayonunda son 20 gün ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 30 nəfər saxlanılıb. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Yasamal Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən saxlanılan şəxslərdən ümumilikdə 5 kiloqram narkotik aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələr vasitəsilə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı, paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər.
Hazırda faktlarla bağlı araşdırmalar aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.