Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib. Bu haqda bu gün, 7 dekabr tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Hadisə 11-ci Xrebtovaya küçəsində qeydə alınıb. 32 yaşlı Seymur Quliyev kirayədə yaşadığı evdə özünü asaraq, həyatına son qoyub. Onun hansı səbəbdən bu addımı atdığı məlum deyil.
Faktla bağlı araşdırma aparılır.