Bakının Yeni Yasamal yaşayış massivində dava zamanı qadın bıçaqlanıb. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Hadisə nəticəsində 41 yaşlı Gülmira Fazil bıçaq xəsarətləri ilə xəstəxanaya aparılıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsi araşdırma aparır.