Bakının Yasamal rayonu, Murtuza Muxtarov küçəsində bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 18 noyabr tarixində APA məlumat verib.
44 yaşlı Ceyhun İmanov naməlum şəxs tərəfindən döş qəfəsindən kəsilmiş-deşilmiş xəsarətlər alıb. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində araşdırma aparılıb.