Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində xəsarətlərlə nəticələnən zəncirvari yol qəzası baş verib. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Zəncirvari qəza "Opel", "Kia Rio", "Nissan", "Volkswagen", "Toyota Prado" markalı avtomobillər və motosikletin iştirakı ilə qeydə alınıb. Toqquşma nəticəsində motosikletin və "Volkswagen" markalı minik avtomobilinin sürücüləri müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Hadisə nəticəsində yolda tıxac yaranıb. Avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_107627" align="alignnone" width="640"]
Foto APA[/caption]