Bakının Yasamal rayonu ərazisində oktyabr-noyabr aylarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 61 nəfər saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən bu gün, 25 noyabr tarixində məlumat verir.
Əməliyyat nəticəsində dövriyyədən külli miqdarda narkotik və psixotrop maddələr çıxarılıb.
Faktlara bağlı araşdırmalar aparılır. Narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
[caption id="attachment_80623" align="alignnone" width="640"]
Foto DİN[/caption]