Bakının Yasamal rayonunda bir nəfər dəm qazından vəfat edib. Bu haqda bu gün, 7 mart tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Hadisə Qədirli küçəsində qeydə alınıb. 68 yaşlı Zakir Bayramov yaşadığı evdə dəm qazından zəhərlənib. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.