Bakının Yasamal rayonunda dəm qazından ölüm hadisəsi baş verib. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Hadisə Çingiz Mustafayev küçəsində baş verib. 74 yaşlı Ş. Məmmədova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.