Yasamal rayonunda ağac aşıb. Bu haqda bu gün, 17 iyul tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Hadisə metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında baş verib. Yol kənarında olan ağac birbaşa avtomobilin üzərinə aşıb. Nəticədə xəsarət alan olmayıb.