Yasamal rayonunda silsilə oğurluqlarda şübhəli bilinən şəxs tutulub. Bu haqda bu gün, 6 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Axtarışda olan, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Elxan Abdullayev bir nəfərin bank kartından 678 AZN pul, eləcə də “Fiat” markalı bir avtomobildən 750 AZN dəyərində dərman vasitələri oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırmalar davam edir.