Yasamal rayonunda bank kartından oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 11 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Elman Səfərov bir nəfər şəxsin bank kartından 380 AZN oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.