Bakının Yasamal rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma beşmərtəbəli yataqxanada qeydə alınıb. Tikilinin 1-ci mərtəbəsindən 4-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.