Bakının Yasamal rayonunda quldurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis Bölməsinə verilən məlumata görə, oktyabrın 23-də Bakı şəhər sakinləri P. Quliyev, M. Namazov, A. Hətəmov, eləcə də Sumqayıt şəhər sakini Ə. Nurzadə kəsici alətlə hədələniblər. Həmçinin Ə. Nurzadənin və A. Hətəmovun pulları oğurlanıb.
Yasamal RPİ 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq, soyğunçuluq və quldurluğa görə məhkum olunmuş S.Əsgərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.