Yasamal rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 75 kv.m olan birmərtəbəli 3 otaqlı evdə qeydə alınıb. Nəticədə evin 1 otağı 15 kv.m sahədə yanıb. Tikilinin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.