Yasamal rayonunda avtomobildən oğurluq edilib. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonunda Q.Xəlilov küçəsində qeydə alınıb. Əvvəllər də eyni əmələ görə məhkum olunmuş R.Abdullayev “Changan” markalı nəqliyyat vasitəsindən bank kartı və şəxsiyyət vəsiqəsini oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.