Bakının Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində avtomobil alışıb. Bu haqda bu gün, 2 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma “Chevrolet Cruze” markalı avtomobilin mühərrik hissəsində qeydə alınıb. Nəticədə nəqliyyat vasitəsinin yanar hissələri yanıb.
Əraziyə polis və FHN əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.
[video width="1080" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/02/smm.mp4"][/video]