Yasamal rayonunda silsilə dələduzluqlar edən qadın saxlanılıb. Bu haqda bu gün, 8 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bir nəfər qadın adıçəkilən rayon ərazisində 3 nəfərə qarşı dələduzluq edərək ümumilikdə 101 AZN və 3400 avro pulunu almaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.