Bakıda ötən gün əsən güclü külək müxtəlif fəsadlara səbəb olub. Bu haqda bu gün, 18 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Belə ki, Yasamal rayonu, Hüseyn Cavid prospektində irigövdəli ağac səkiyə aşıb.
Hadisə yerinə kommunal xidmətlər cəlb olunub. Ağac kəsilərək hərəkət hissəsindən götürülüb.
Həmçinin sosial şəbəkələrdə yayılan məlumata görə, ötən gün Babək prospektində güclü külək işıqforu yerindən qoparıb və yerə aşırıb.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/10/baku2.mp4"][/video]