Paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yanğın olub. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Ümumi sahəsi 51 kv.m olan 2 otaqlı mənzilin mətbəxində aspirator və mətbəx mebeli yanıb. Həmçinin mətbəxin divarlarının kağız üzlüyü qarsalanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar, alov söndürülüb. Xəsarət alan olmayıb.