Bakının Yasamal rayonunda işıqfora zərbə vuran şəxs müəyyən edilib. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Abdulla Şaiq küçəsində quraşdırılan piyada işıqforuna yeniyetmə ayaqla zərbə vurub.
Polis əməkdaşları tərəfindən aparılan tədbirlər nəticəsində yetkinlik yaşına çatmayan şəxs müəyyən olunub və valideynləri ilə birgə polis idarəsinə dəvət olunub. Onlarla söhbətlər aparılıb.
Faktla bağlı araşdırmalar davam edir.