Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində “Toyota Prius” qəzaya uğrayıb. Bu haqda bu gün, 30 oktyabr tarixində Bakuplus.az Baku.WS-ə istinadən xəbər verir.
“Prius” markalı nəqliyyat vasitəsi qarşıdan gələn “Changan”la toqquşub. Qəza zamanı xəsarət alan olmayıb. Hər iki avtomobilə ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.