Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“BMW” markalı avtomobilin sürücüsü dönmə manevri edən zaman “Honda” markalı nəqliyyat vasitəsinin sürücüsü əyləci vaxtında sıxa bilmədiyinə görə “BMW”-yə çarpılıb. Nəticədə sonuncu arakəsmədəki bordürə dəyib. Qəza nəticəsində “Honda”da olan sərnişin xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.