Bakının Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yol qəzası baş verib. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
77-EX-154 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobil digər “Prius”a çarpılıb. Hadisə nəticəsində nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib. Xəsarət alan olmayıb.
Əraziyə Yol Polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.