Yasamal rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 18 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 60 kv.m olan ikimərtəbəli evdə qeydə alınıb. Nəticədə 2-ci mərtəbədəki 1 otaqda yataq dəsti yanıb. Yüksək temperaturdan otağın və dəhlizin tavanı 6 kv.m sahədə əriyib, 1 nəfər yanıq xəsarəti alıb. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.