Bakının Yasamal rayonunda bir nəfər dəm qazından dünyasını dəyişib. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verib.
32 yaşlı Rüstəm Əmircanov qonaq gəldiyi evin hamam otağında çimərkən dəm qazından zəhərlənib. O, hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.