Yasamal rayonunda bank kartlarından oğurluq edənlər saxlanılıblar. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı T.Qəniyev və C.Dəmirov Bakı şəhər sakini olan bir nəfərin bank kartından 599 AZN oğurlamaqda şübhəli bilinərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.