Bakının Yasamal rayonunda evdən cəsəd tapılıb. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
1 nəfərin mənzildə bağlı qapı arxasında qalması ilə bağlı FHN-ə məlumat daxil olub. Əraziyə gələn əməkdaşlar qapını açdıqdan sonra 1 nəfərin cansız bədənini aşkarlayıblar.
Meyit aidiyyəti üzrə təhvil verilib.