Bakının Yasamal rayonunda mənzildən oğurluq etməkdə şübhəli bilinən keçmiş məhkum tutulub. Bu haqda bu gün, 11 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Noyabrın 8-də rayon ərazisindəki mənzillərin birindən 2000 manat pul oğurlanıb.
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Böyükağa Abdullayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.